"Atletiko"-“Selta” oyunu Qrizmann üçün əlamətdar olub

15 Aprel 2019 20:33 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasının 32-ci turunda keçirilən "Atletiko" - “Selta” oyunu (2:0) meydan sahiblərinin futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub. Matçın 74-cü dəqiqəsində fərqlənən Qrizmann, bu mövsüm Madrid klubunda vurduğu qolların sayını 20-yə çatdırıb. Fransalı hücumçu ardıcıl 5 mövsümdür ki, “Atletiko”nun heyətində 20 və daha çox qol vurur. O, Madrid təmsilçisinin heyətində bunu bacaran ilk futbolçu olub.
Qrizmann 2014/15 mövsümündə 24, 2015/16-da 31, 2016/17-də 26, 2017/18-də isə 26 qola imza atıb.