Lukaşenko Ərdoğan barəsində danışıb

15 Aprel 2019 18:02 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri bağlayır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Lukaşenko bu barədə fikirlərinə daha sonra aşağıdakıları əlavə edib: “Mən Ərdoğanı dostum sayıram. Türkiyə lideri mənə “qardaş” deyə müracit edir. Deyə bilərik ki, biz yaxın, doğma adamlarıq. Bizim hər ikimiz güclü və varlı Türkiyə ilə Belarus kimi vacib ölkə arasında əlaqələrrin yüksək səviyyəyə çatması üçün çox çalışmışıq. Mən Allaha dua edirəm ki, bu əlaqələri inkişaf etdirmək üçün bizə heç nə mane olmasın”.