Qobuda qəza – ölən var

15 Aprel 2019 18:42 (UTC+04:00)

Aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəza nəticəsində N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.