Çində dərman şirkətində yanğın 10 ölü

15 Aprel 2019 18:05 (UTC+04:00)

Çinin Şandun vilayətində dərman şirkətində baş verən yanğında ən azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb. Hələlik hadisənin başvermə səbəbləri bilinmir. Yaralılar xəstəxanalara çatdırılıblar.