Səbail rayonunda 500-dən çox Eldar şamı ağacı əkilib

15 Aprel 2019 17:52 (UTC+04:00)

Prezident İlham Əliyevin yeni yaşıllıq sahələrinin salınması ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Bakının Səbail rayonunda işlər uğurla davam etdirilir. Səbail Rayon İcra Hakimiyyətindən SİA-ya bildiriblər ki, qurumun təşkilatçılığı ilə rayonun 20-ci sahə yaşayış massivi Gülbala Əliyev küçəsində təbiətin və ekoloji mühitin mühafizəsi istiqamətində beş hektar ərazi qamışlıqdan və məişət tullantılarından təmizlənib.

Həmçinin həmin əraziyə münbit torpaq qatı daşınıb, torpaq sahəsi hamarlanıb və 500-dən çox Eldar şamı ağacı əkilib.