Evlilikləri qısa sürən məşhurlar FOTOLAR

15 Aprel 2019 17:30 (UTC+04:00)

Evlilikləri çox qısa sürən məşhurların adları açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin tanınmışları təqdim edirik:

Bülent Ersoyla Armağan Uzun 7.07.2007-ci ildə ailə qurub. Armağan toyundan 9 aydan sonra gənc qızla görüntülənib. Cütlük 2008-ci ildə boşanıb.

Jennifer Lopez Cris Juddinin evliliyi 8 ay çəkib. İfaçı öz rəqqası ilə ailə həyatı qurub. Sənətçi ərini Ben Affleck ilə xəyanət edib.

Seda Sayan 1987-ci ildə "Galatasaray"ın futbolçusu Rıdvan Kılıça ərə gedib. 26 yaşlı Sedanın bu evliliyi 6 ay davam edib.

Müğənni Demet Akalın tez-tez küsüb-barışdığı Oğuz Kayhan ilə 2006-cı ildə Çeşmədə nikah masasına oturub. Lakin cütlüyün evliliyi cəmi 4 ay sürüb. Akalın, ərinin telefonuna gələn “Oyandınmı sevgilim?" mesajından sonra ondan ayrılmaq qərarına gəlib.