İsveç Aİ ölkələrinə qarşı sanksiya tətbiq edəcək

15 Aprel 2019 16:49 (UTC+04:00)

İsveçin baş naziri Stefan Leven miqrantların qəbuluna qarşı çıxan Avropa Birliyi ölkələrinə qarşı sanksiya tətbiq etməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu diplomat bu gün mətbuat verdiyi müsahibəsində açıqlayıb.

“Bəli, mən bunu etməyə hazıram”, - deyə Leven sanksiyaların tətbiq edilə biləcəyi barədə suala cavab verib.

“Çünki məsələ (miqrantların qəbul edilməsi) ilə bağlı nə vaxtsa bizdə birgə məsuliyyət daşımaq məcburiyyəti olmalıyıq. Bu məsələ bir iki və ya üç ölkəyə aid deyil. Bizdə onlara kömək etməliyik”, - deyə baş nazir qeyd edib. Onun sözlərinə görə, əgər ölkələr məsuliyyət götürməyə hazır deyilsə, bu onlara AB-nın dəstəyindən məhrum olmaq bahasına gələcək: “Macarıstan uğurlu ölkələrdən biridir. AB-dən ən böyük dəstək alan ölkə: “Xeyr, biz miqrasiya üçün məsuliyyət daşımırıq”, - deyərək qəbul edilə bilməz”.

Qeyd edək ki, hər həftə İsveç sərhədlərində polis 150-200 miqrantı dayandırır. 2015-ci ildə 9,8 milyon əhalisi olan ölkəyə 163 min miqrant gəlib. Bu, Avropada adambaşına düşən ən yüksək göstəricidir.