BVF ilə Vergilər Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

15 Aprel 2019 16:39 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti ilə Vergilər naziri Mikayıl Cabbarov görüşüb. SİA Nazirliyin Media və kommunikasiya mərkəzinin məlumatına istinadən xəbər verir ki, görüşdə Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.