Bu ərazidə iki gün işıq olmayacaq

15 Aprel 2019 16:15 (UTC+04:00)

Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. “Azərişıq” ASC-dən SİA-ya verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.