Qorbaçov Puqaçovanı təbrik edib

15 Aprel 2019 16:31 (UTC+04:00)

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) ilk və son prezidenti Mixail Qorbaçov SSRİ-nin Xalq Artisti Alla Puqaçovanı 70 illik yubileyi münasibətilə təbrik edib. SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə,o, təbrikində Puqaçovanı azad və cəsarətli insan nümunəsi adlandırıb. Keçmiş imperiya lideri bildirib ki, hətta quruluşun dəyişməsinə baxmayaraq o, “xalqın Puqaçovası” kimi qalmışdır.

Təbrik məktubunun mətni bu gün “Qorbaçov fondu”nun saytında dərc edilib.

Qeyd edək ki, 15 aprel 1949-cu ildə anadan olmuş Alla Puqaçova bu gün 70 illik yubileyini qeyd edir.