Azərişıq xəbərdarlıq edir

15 Aprel 2019 16:28 (UTC+04:00)

Elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq. SİA “Azərişıq” ASC-nin məlumatına istinadən xəbər verir ki, 16-17 aprel 2019-cu il tarixlərində saat 10:30-dan 15:30-a dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.