Fransalı model böyüyüb belə oldu FOTOLAR

15 Aprel 2019 16:21 (UTC+04:00)

Fransalı model Thylane Blondeaunun 18 yaşı tamam olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, ilk dəfə dünyanın ən gözəl qızı olaraq 4 yaşında seçilib. Thylane Blondeaun 6 yaşında jurnalların biri üçün fotokamera önünə keçərək pozlar verib. Mavi gözlü model 16 yaşında olarkən kosmetik vasitələrin satışı ilə məşğul olan firmanın siması seçilib.

Hazırda onu sosial mediada milyonlarca insan izləyir.

Qeyd edək ki, modelin atası məşhur futbolçu Patrick Blondeau, anası isə modelyer Veronika Loubrydir.