Məktəblini qətlə yetirən “ovçu” həbs edilib

15 Aprel 2019 16:00 (UTC+04:00)

Rusiyanın Mordoviya Respublikasının Böyük Berezniki rayonunda 15 yaşlı yeniyetməni güllələyən “ovçu” həbs edilib. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeniyetmənin üzərində güllə yarası olan meyiti Mordoviyanın Böyük Berezniya rayonunun Maryanovka kəndi yaxınlığındakı avtomobil yolundan 60 metr meşəyə tərəf olan ərazidə aşkarlanıb.

Artıq “ölüm” maddəsi ilə cinayət işi başlanıb. Verilən məlumata görə, qətlə yetirilən gənc öz yaşıdı olan qız tanışı ilə meşədə gəzirmiş. Qızın bildirdiyinə görə, yaxınlıqdan keçən avtomobildən açılan atəşdən sonra məktəbli yoldaşı yerə yıxılıb. Qızın dərhal təcili tibbi yardıma zəng etməsinə baxmayaraq yaralı yeniyetmə keçinib.

Məktəblinin qətlində şübhəli bilinən “ovçu” həbs edilib. O, ilkin ifadəsində bildirib ki, havanın qaralması səbəbindən məktəblini hansısa vəhşi heyvana bənzədib.