Rəcəp Tayyip Ərdoğan aktyora nikah şahidliyi etdi FOTOLAR

15 Aprel 2019 15:53 (UTC+04:00)

Türkiyənin Prezidenti Rəcəp Tayyip Ərdoğan "Diriliş Ertuğrul" serialının aktyoru Celal Alının nikah mərasiminə qatılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan daha sonra bələdiyyə sədri Mustafa Yılmazın oğlu Erkan Yılmazın toyunda iştirak edib.

Dövlət başçısı hər iki məclisdə nikah şahidi olub.