Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransa həsr edilmiş mətbuat konfransı keçirilib

15 Aprel 2019 15:35 (UTC+04:00)

Bu gün, 15 aprel tarixində Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans öz işinə başlayıb. Konfrans 15-17 aprel tarixlərində davam edəcək. SİA xəbər verir ki, bu gün, 15 aprel tarixində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransa həsr edilmiş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Narkotiklərlə Mübarizə Assosiasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon və digər qonaqlar, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mətbuat konfransında ilk əvvəl Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov çıxış edib. Sonra çıxış üçün söz, Narkotiklərlə Mübarizə Assosiasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillona verilib. Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edib.

Çıxışlardan sonra kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.