İki qardaş ölkənin birgə sərgisi açılıb - FOTOLAR

15 Aprel 2019 14:40 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, tədbirdə azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərləri sərgilənib. Tədbirə ümumilikdə 32 rəsm əsəri təqdim olunub. Azərbaycanlı rəssamın 17 əsərində “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri”, “Azərbaycan”, türk rəssamın isə 15 əsərində sosial qeyri bərabərlik mövzuları yer alıb. Rəssam Gülnarə Muxtarova Pamuk tədbirin əsas məqsədinin Azərbaycanı Türkiyədə, eləcə də dünyada daha geniş tanıtmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərlərinin bu ilin sonunda Belçikada sərgilənməsi planlaşdırılır.