Millinin seleksiya xarakterli toplanışı olacaq

15 Aprel 2019 14:16 (UTC+04:00)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. SİA-nın məlumatına görə, millimiz toplanış çərçivəsində aprelin 16-da, 18-də və 20-də “Su İdman Sarayı“nın ərazisindəki çimərlik futbolu meydançasında Ukrayna yığması ilə yoxlama oyunu keçirəcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Vaqif Şirinbəyov
Elçin Qasımov
Rüfət Məmmədov
Comərd Baxşəliyev
Elgiz Kərəmli
Orxan Məmmədov
Asif Zeynalov
Ramil Əliyev
Sabir Allahquliyev
Əbdül Əliyev
Elşad Manafov
İlkin Haciyev
Rafiq Kərimov
Ruslan Poladov