Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib

11 Aprel 2019 18:02 (UTC+04:00)

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.