Radikal müxalifətin pul savaşı

1 Aprel 2019 19:00 (UTC+04:00)

Qabağa düşüb mitinqi keçirmək istəyi Əli Kərimli-Arif Hacılı arasında növbəti savaşa səbəb olub

Bu gün müxalifət deyilən dağıdıcı düşrgə təmsilçiləri yenə də biabırçı mitinq keçirməkdən nə usanır, nə də ölüb yerə girir. Səbəb də pul savaşıdır. Məşhur bir fikirdə deyildiyi kimi, radikallar təşkil etdikləri mitinqlərə və aksiyalara bir sünnət toyuna toplaşan insan qədər tərəfdar toplaya bilmir, amma böyük iddialarla çıxış edirdilər.

Eyni mənzərə bu gün də müşahidə olunmaqdadır. Məqsəd xaricdə Azərbaycan haqqında neqativ fon yaratmağa cəhd etmək, əvəzində isə xarici qüvvələrin tulapayı olan qəpik-quruşa nail olmaqdır. İddiaları da guya "Ölkədə demokratiya boğulur!" Sərbəst toplaşma azadlığı təmin olunmur" və sair.

"Milli Şura"nın aprelin 6-da, Müsavatın isə aprelin 7-də mitinq təyin etməsi qərarı Əli Kərimli-Arif Hacılı arasında qarşıdurmanı daha da qızışqdırdı.

Əli-Cəmil cütlyü düşərgənin bir nömrəli xəyanətkarıdır

Müsavat başqanı A.Hacılı Ə.Kərimli və qoca "professor"un, həqiqətən də, ən qatı satqın və xəyanətkar olduğunu bildirib: "Ə.Kərimlinin satqın və xəyanətkar olduğu həmişə bəlli olub. Ancaq bu qoca "professor" isə, əsl ələkçinin qılverənidir. Altdan-altdan satqınçılıq edir, əyri yol gedir. Bu satqınlar qışqırmaqdan başqa, bir işə yarayan deyillər. Həyasızcasına deyirlər ki, guya Müsavat, sadəcə, yürüş etmək istəyir, biz isə mitinq. Ə.Kərimli, yenə də həmişə olduğu kimi, bu dəfə də satqınçılıq statusunu bir daha təsdiqlədi".

Bu yerdə ataların bir gözəl deyimini demək yerinə düşər, kor-kora kor deməsə, bağrı çatlar. İstər AXCP olsun, istərsə də Müsavat bir faktı anlamır ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək. Özünü "Milli Şura"sı adlandıran quruma daxil olan bir sıra dağıdıcı müxalifət partiya və birliklərinin yanvarın 19-da keçirdikləri mitinq göstərdi ki, Azərbaycan cəmiyyəti belə mənəviyyatsız və əxlaqsızları çoxdan zibilliyə atıb. Bu rəzillər zaman-zaman ölkəmizdə sərbəst toplaşmaq hüququnun əngəllənməsindən danışıblar. Nəticə isə biabırçılıqla bitib. Belə olan halda, istər "Milli Şura"nın, istərsə də Müsavatın mitinq tribunasına çıxacaq isimlər kimi, həmin aksiyadakı tələblərin miqdarı da artıq heç kimə maraqlı deyil.

Bulanıq suda balıq tutmaq sevdasına düşmüş hər iki cəbhənin "başbilənləri"nin bir məqsədi var: beynəlxalq təşkilatlara, məlum çevrələrə donoslar, raportlar ötürməklə, ölkədə siyasi sabitliyi pozmaq və bu yolla öz havadarlarından külli miqdarda pul qoparmaq. "Nə qədər pis olsa, o qədər yaxşıdır" prinsipi ilə hərəkət etmək onların hər ikisinin ortaq marağındadır.

Göründüyü kimi, görünür, AXCP və Müsavatın birgə mitinq keçirmək iddiası hələ çox uzanacaq. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynapaz".

Rəfiqə HÜSEYNOVA