Özbəkistanlı sahibkar AIBA prezidentliyindən istefa verib

27 Mart 2019 03:18 (UTC+04:00)

Özbəkistanlı sahibkar Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri vəzifəsindən istefa verib. SİA xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin saytında bildirilib.

Onun bu qərarının səbəbi barədə məlumat verilmir. Q.Rəhimov daha əvvəl AIBA rəhbəri vəzifəsi səlahiyyətlərinin icrasını müvəqqəti dayandırmışdı.

Daha əvvəl Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) büro üzvü seçilib.