Gəncədə dələduzun digər cinayətlərinin üstü açılıb

26 Mart 2019 16:02 (UTC+04:00)

Dələduzluq etdiyinə görə tutulmuş şəxsin Gəncə şəhəri ərazisində üç oğurluq hadisəsini törətməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulan T.İsmayılovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevral-mart ayları ərzində Gəncə şəhəri ərazisində iki həyətyanı sahədən su mühərrikləri və bir avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.