“Mercedes” yol ayrıcına çırpıldı ÖLƏN VAR

26 Mart 2019 15:02 (UTC+04:00)

Yasamal rayonunun Moskva prospektində Quba rayon sakini V.Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobili yol ayrıcısına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakini Xəyyam Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.