Ansi Aqolli ABŞ klubu ilə müqavilə imzalayıb

26 Mart 2019 15:40 (UTC+04:00)

Bir neçə gün öncə "Qarabağ"dan ayrılan Ansi Aqolli ABŞ-ın "Nyu-York Kosmos" klubu ilə müqavilə imzalayıb.
SİA-nın məlumatına görə, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda Albaniyalı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmır.

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.