Ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb Səhiyyə Nazirliyi

26 Mart 2019 13:23 (UTC+04:00)

Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN), 2 nəfər mühafizə xidmətinin əməkdaşı olub, 1 nəfər isə sıravi işçidir.

FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.