Tələbələr kirayə avtomobillə dəhşətli qəzaya düşdülər

26 Mart 2019 11:41 (UTC+04:00)

Koreyanın sahil şəhəri sayılan Kannın şəhərində minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.

SİA-nın məlumatına görə, Yonhap agentliyi xəbər verir ki, hadisə yerli vaxtla səhər 06:00 radələrində baş verib.

Sahil mühafizə xidmətinin gəmisi "Hyundai" markalı avtomobili sudan çıxarıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarəyə götürülüb.