Balakəndə 3 otaqlı ev yanıb

26 Mart 2019 09:45 (UTC+04:00)

Balakəndə yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qazma kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.