Avropa Birliyi: "Trampın qərarını tanımırıq"

26 Mart 2019 03:04 (UTC+04:00)

Avropa Birliyindən ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanımaq qərarına münasibət bildirilib. Bu barədə Avropa Birliyi sözçülüyündən informasiya yayılıb.

“Mövqeyimiz dəyişməyib. Qolan təpələri də daxil olmaqla İsrailin1967-cı ildən işğalında olan ərazilərdə suverenliyini tanımırıq”, - AB-dən bildirilib.