Biləsuvarda yaşayış evi yanıb

25 Mart 2019 23:39 (UTC+04:00)

Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub. "Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi şəhərin A.Qasımov küçəsində 1955-ci il təvəllüdlü Bayramova Rahilə Xanəhməd qızına məxsus evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar YMH-nin 2 avtomobili cəlb edilib və yanğın söndürülüb.

Yanğın nəticəsində evin bir otağında 3 kvadrat metr sahədə döşəmə yanıb. Faktla bağlı araşdırma aparılır.