İmişlidə 63 yaşlı kişi bıçaqlanıb

25 Mart 2019 22:02 (UTC+04:00)

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Gövhərli kənd sakini, 1956-cı il təvəllüdlü Zamanov Mustafa Əlihümbət oğlu bıçaqlanıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb.