Maradona argentinalı futbolçuları "topa tutdu"

25 Mart 2019 21:16 (UTC+04:00)

"Bu komanda Argentina yığmasının formasını geyinməyə layiq deyil. Bu yalançılara inanan argentinalılar üçün üzgünəm". Bu sözləri dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona deyib.

Ölkəsinin mətbuatına açıqlamasında milli komanda üzvlərini sərt şəkildə tənqid edən Argentinalı keçmiş hücumçu yığmada problemlərin olduğunu bildirib:"Komandada doğru işlər görə biləcək liderlər olmalıdır. Bu, tək Lionel Messi ilə həll ola bilməz. Messi özü möhtəşəm futbolçudur, ancaq komandada problemlər var".