Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir?

25 Mart 2019 17:14 (UTC+04:00)
"Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz gəlməsinə imkan yaratmaqla bağlı müzakirələr aparırıq". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçıları Antaliyada bir araya gələcəklər: "Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik. Aprelin 8-də isə Moskvaya gedəcəyik".