Qazaxıstanda neft yatağında yanğın

25 Mart 2019 12:58 (UTC+04:00)
Qazaxıstanın Mangistau vilayətindəki "Kalamkas" neft yatağında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğın 900 kvadrat metr ərazini əhatə edib. Yanğının qarşısının alınması üçün 10-dan çox yanğınsöndürən cəlb edilib. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı deyilir.