Nəsimi rayonunda yanğın

25 Mart 2019 09:34 (UTC+04:00)
Nəsimi rayonunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 345 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 115 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.