Daha bir ölkədən Qüdslə bağlı qərar

25 Mart 2019 04:02 (UTC+04:00)

Rumıniyanın Baş naziri Viorika Dançile israildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib. Axar.az xəbər verir ki, Dançile bu sözləri Amerika-İsrail İctimai Münasibətlər Komitəsinin toplantısında elan edib. O deyib ki, ABŞ Prezidenti Trampın Qüdsdə səfirlik açması "rumın xalqını təsirləndirib".

O, ABŞ və İsraili Rumıniyanın strateji müttəfiqləri adlandırıb və qeyd edib ki, gələcəkdə Rumıniya və İsrail hökumətlərinin birgə toplantısı keçiriləcək.

Qeyd edək ki, bundan öncə Rumıniya Prezidenti Klaus Yohannis səfirliyin Qüdsə köçürülməsi təşəbbüsü haqda məlumatlı olmadığını, bu cəhdi isə beynəlxalq hüququn pozulması saydığını açıqlamışdı.