İstanbulda “Cümhur ittifaqı”nın izdihamlı mitinqi keçirilib

24 Mart 2019 18:04 (UTC+04:00)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” İstanbulda izdihamlı mitinq keçirib. SİA xəbər verir ki, mitinqdə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər.

Mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.