Röya Dubayda konsert verdi FOTOLAR

24 Mart 2019 16:25 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan Dubayda konsert verib. SİA-nın məlumatına görə, yüzlərlə azərbaycanlının olduğu konsertdə ifaçı canlı performansı ilə diqqət çəkib.

Repertuarına xalq mahnıları da əlavə edən Ayxan səhnədə tamaşaçılarla rəqs edib və onlarla şəkil çəkdirib.
Müğənni onlarla zarafatlaşmağı da unutmayıb. Röya "Dubayda ən açıq yerim qarnımdır" deyərək, tamaşaçıları güldürüb.

Qeyd edək ki, müğənninin konserti ilə bağlı dostları aparıcı Hacı Nuran Hüsyeynov, stilist Elnur Həsənov və prodüser Tarix Əliyev də onun yanında olub.