Yasamalda avtomobil yandı

24 Mart 2019 11:27 (UTC+04:00)

Paytaxtın Yasamal rayonunda "VAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. SİA-ya Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.