İndoneziyada zəlzələ olub

24 Mart 2019 09:47 (UTC+04:00)

İndoneziyanın Sulavesi adasında 5,4 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Pendolo şəhərindən 30 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.