Sudanda partlayış olub, 10 uşaq ölüb

24 Mart 2019 03:06 (UTC+04:00)

Şənbə günü Sudanın Omdurman şəhərində baş verən partlayış nəticəsində azı 10 uşaq həyatını itirib. Bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, ərazidə əl qumbarası partladılıb. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.