Dəhşətli QƏTL: Malidə 110 çoban öldürülüb!

24 Mart 2019 02:01 (UTC+04:00)

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib. Bu barədə Bankas kommunasının merinə istinadən "Reuters" məlumat yayıb.

Merin sözlərinə görə, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

"Oqossaqu kəndi tamamilə dağıdılıb", - deyə mer bildirib. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.