Meyxana ustası Aydın Xırdalanlı vəfat edib

24 Mart 2019 01:04 (UTC+04:00)

Tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra 41 yaşında vəfat edib. Şairin ailə üzvləri xəbəri "Report"a təsdiq edib.

O, 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Allah rəhmət eləsin!