Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri oyununda qalib müəyyənləşməyib FOTOLAR

23 Mart 2019 17:16 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın verdiyi məlumata görə, "Dalğa Arena"da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Məhəmməd Məhərrəmov vurub.

Komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.