Azərbaycan müdafiə nazirinin Pakistan səfəri FOTOLAR

23 Mart 2019 17:04 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın hərbi və mülki rəhbərliyi ilə isti, səmərəli və məhsuldar görüşləri keçirilib. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə özünün sosial media hesabında bildirib.

Səfir Əli Əlizadə qeyd edib ki, səmərəli və məhsuldar görüşlərin nəticəsi olaraq iki qardaş ölkənin bir-birinə dəstəyi və hərbi əməkdaşlığı daha da genişlənəcəkdir.