“Sputnik Armenia”: Ermənistanda əsgərlər qiyam qaldırıblar!

23 Mart 2019 19:02 (UTC+04:00)

Ermənistandakı hərbi hissələrin birində əsgərlər qiyam qaldırıblar. Bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Hadisə barədə məlumat məxfi saxlanılsa da, həmin hərbi hissədə xidmən edən əsgərlərdən biri baş verənlər haqqında anasına danışdıqdan sonra xəbər mətbuata sızıb.

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində yazıb ki, bir neçə intizamsız əsgər “90-cı illərin qaydalarını” tətbiq etməyə cəhd edib və bu məqsədlə digər əsgərləri qiyama sövq ediblər.

Ovannisyan qiyamda iştirak edənlərin sayının 600-dək çatması barədə məlumatları şişirdilmiş adlandırıb. O bildirib ki, faktla bağlı araşdırma aparılıb, əsgərlər və zabitlər cəzalandırılıb.