Ərdoğan Putinlə birgə operaya baxacaq

23 Mart 2019 21:03 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya aprelin 8-də səfər edəcək. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğan Putinlə birgə Moskvadakı Böyük Teatrda “Troya” operasına baxacaq. Bununla hər iki prezident Rusiya-Türkiyə mədəniyyət, turizm ilinin açılışını gerçəkləşdirəcəklər.