Türkiyə millisinə uduzdu, postundan qovuldu!

23 Mart 2019 20:18 (UTC+04:00)

Futbol üzrə Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. Albaniya Futbol Feterasiyasının (AFA) rəsmi saytında yer alan məlumatda deyilir ki, yığmanı Andorra millisi ilə keçirəcəyi matça müvəqqəti olaraq məşqçilər Ervin Bulku ve Sulejman Mema çıxaracaqlar.

Qeyd edək ki, martın 22-də Albaniya yığması futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin I turunda Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olub.