Axtarışda olan 20 nəfər saxlanılıb

23 Mart 2019 15:46 (UTC+04:00)

Martın 22-dən 23-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.