Gələn ay yeni aviareys açılacaq

23 Mart 2019 15:37 (UTC+04:00)

Aprel ayının 9-dan etibarən Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. SİA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə IV günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək. Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.