"Xorvatiya Azərbaycanı çətinliklə məğlub etdi"

23 Mart 2019 14:19 (UTC+04:00)

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda evdə Ermənistanla oyunöncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, konfrans zamanı yığmamızın Xorvatiya ilə oyununu da xatırladıb: "Millətlər Liqası sayəsində özünəinamı qazandığımızı düşünürəm. Komandada yaxşı mühit var. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Asan oyun yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm".

Qeyd edək ki, Xorvatiya AÇ-nin seçmə mərhələsinin ilk turunda millimizə 2:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.