Avtomobillərdə rəngli disklər qadağan edildi

23 Mart 2019 10:38 (UTC+04:00)

Türkmənistanın paytaxtı Aşqabadda yerli hakimiyyət orqanları avtomobillərdə rəngli diskləri qadağan edib. SİA-nın məlumatına görə, gümüşü rənglər istisna olmaqla, hətta ağ və boz rəngli disklərin də istifadəsinə icazə verilmir. Türkmənistanın yerli mətbuatının veridyi məlumata görə, qadağaya əməl etməyən sürücülərin avyomobilləri və sürücülük vəsiqələri əllərindən alınır.

Həmçinin bildirilir ki, son illər rəngli disklərlə istehsal olunan yeni marka "Mercedes", "Lexus" və "Toyota" avtomobillərinə də eyni qadağa tətbiq edilir. Artıq avtomobil təmiri salonlarının qarşısında uzun uzadı növbələrin yarandığı bildirilir.